Proşenko kimə işləyəcək: Qərbə, yoxsa Putinə?

Proşenko kimə işləyəcək: Qərbə, yoxsa Putinə?
  26 May 2014    Oxunub:1561
Ötən gün Ukraynada keçirilən prezident seçkilərinin ilkin nəticələri artıq məlumdur. Məşhur iş adamı Pyotr Alekseyeviç Poroşenko seçicilərin böyük əksəriyyətinin səsinin toplayaraq ilk turda qalib gəlib.

Proşenkonun qələbəsi Qərb və Rusiya dairələrində birmənalı qarşılanmadı. Ukrayna hadisələrinin fonunda Proşenkonun hansı mövqedən çıxış edəcəyi maraq doğurur. Qərb, yoxsa Rusiya?

Ukraynada baş verən hadisələrin fonunda Proşenko kimə xidmət edəcək? Onun qələbəsinə Azərbaycandan reaksiyalar necədir?

Məşhur politoloq Qabil Hüsyenli bu və ya digər suallara cavab tapmağa çalışıb.

Ekspert ilk növbədə Proşenkonun qələbəsinin gözlənilən olduğunu bildirib. Onun sözlərinə görə Ukrayna xalqının seçimi doğru və ədalətli oldu:

“Pyotr Alekseyeviç Poroşenkonun qalibiyyəti gözlənilən nəticə idi. Seçkiyə qədər aparılan bütün rəy sorğuları, exit-pollun nəticələri də göstərirdi ki, birinci turda o,qalib gələcək. Bu qalibiyyət də Ukrayna üçün xeyirli oldu.

Bu saat Ukrayna zaman etibarilə darmacallıq şəraitindədir və yeni prezident mütləq boşluqları doldurmalı və hakimiyyət strukturlarını sürətlə formalaşdırmalıdır. Bu nöqteyi-nəzərdən prezident seçkilərinin birinci turdan başa çatması mühüm əhəmiyyətə malikdir. Yəni prezident teziklə and içib, öz səlahiyyətlərini icra etməyə başlayacaq və bunun ardınca hökumətin formalaşmasına başlanılacaq. Prezident hakimiyyəti və hökumətin fomalaşdırılması Ukraynada hakimiyyət boşluğunu aradan qaldıracaq və nəticə etibarilə xarici təxribatçı dəstələrlə daha effektli mübarizə aparmaq üçün şərait yaradılacaq”.

Proşenkonun görəcəyi işlər...

Siyasi şərhçi deyib ki, Poroşenko hakimiyyətdə təcrübəsi olan adamdır : “ O, Luşenko ilə birlikdə işləyb, Yanukoviçin dövründə nazir postunu tutub. Adətən onu milyoner kimi təqdim edirlər, amma Poroşenko böyük bir təcrübəsi olan və demokratik təfəkkürlü bir adamdır. Onun necə bir siyasət həyata keçirəcəyinə gəlincə, o, radikal siyasət həyata keçirməyəcək. Yəni dərhal Qərbə inteqrasiya xəttini keçirməyəcək. O, çalışacaq ki, balanlaşmış siyasət vasitəsilə Ukraynanın problemlərini həll etsin. Yəni Rusiyanı qıcıqlandırmadan, münasibətləri radikal səviyyədə aparmadan çalışsın ki, Rusiyanın ölkəyə təzyiqlərini zəiflətsin, Qərbə inteqrasiya xarici siyasətin aparıcı qolu olacaq. Amma NATO-ya, Avropa Birliyinə dərhal inteqrasiya xətti hələki tezliklə görünməyəcək. Ölkə sadiqləşməli, iqtisadiyyatın vəziyyəti düzəldilməli, ciddi reformalar aparılmalı, ölkədə rüşvət və korrupsiyanın qarşısı alınmalı, əhalinin maddi rifah səviyyəsinə təsir edən addımlar atılmaldır ki, Ukrayna bir növ nəfəsini dəlsin və əsas diqqətini ərazi bütövlüyünün bərpasına yönəltsin”.

Q.Hüseynlinin fikrincə, Ukraynada hakimiyyət oturuşduqdan sonra Proşenko xaric siyasət xəttində dönüş edəcək. O, hesab edir ki, Proşenko Rusiyameyilli siyasəy yürütməyəcək.

“Rusiyaya meyillik siyasətindən söz gedə bilməz. Amma Rusiya ilə yaxın qonşuluq münasibətindən söhbət açmaq olar. Çünki Rusiya ilə qarşıdurma şəraitində Ukraynada sabitliyi bərpa etmək Ukraynanın şərq vilayətlərində vəziyyəti normallaşdırmaq mümkün olmayacaq . Ukrayna Rusiyanı qıcıqlandırmamaq üçün NATO və Avropa Birliyi ilə münasibətləri ehtiyatlı, balanslı şəkildə həyata keçirəcək və Qərbə meyillik azalmıyacaq və bu meyil azalmamalıdır. Xalq buna imkan verməz. Çünki xalqın böyük əksəriyyəti Qərbə meylin tərəfadarıdır. Bu siyasət tədricən həyata keçirilməlidir, radikal həyata keçirilsə Ukrayna bundan əziyyət çəkəcək”.

Azərbaycan- Ukrayna münasibətlərinə gəlincə, politoloq bildirib ki, Porosenko praqmatik adamdır və münasibətlər də normal olacaq:

“Azərbaycan BMT-də Ukraynanın mövqeyini müdafiə etmiş bir dövlətdir. Ukrayna münasibətlərin inkişafına cəhd edəcək, Azərbaycan da Ukrayna ilə münasibətlərin inkişafının tərəfdarıdır”.

Qeyd edək ki, Ukraynada keçirilən prezident seçkilərinin ilk tutunda ukraynalı siyasətçi və iş adamı Pyotr Alekseyeviç Poroşenko seçicilərin əksəriyyətinin səsinin toplayaraq ilk turda qalib gəlib.

Nihadə Eyyubova
AzVision.az



Teqlər:  





Xəbər lenti