Göyçə balığının nəsli kəsilir

Göyçə balığının nəsli kəsilir
  24 May 2014    Oxunub:4256
Sovet illərində Qafqaz regionunda çox sevilən Göyçə siqasının nəsli tükənmək üzrədir. Erməni mətbuatının yazdığına görə, 1990-cı illərdən iqtisadi böhrana girən Ermənistanda Göyçə (Sevan) gölündən siqa balığı maksimum həcmdə ovlandığına görə balığın nəsli kəsilib.
Hazırda hökumət göldən siqa balığının tutulmasına kvotanı maksimum həcmdə azaldaraq ildə 8,5 tona endirib. Bu isə brakonyerlərin geniş fəaliyyətinə imkan yaradıb və onlar siqanı həddindən baha qiymətə satırlar.

Əslində siqa balığı sovet illərində Göyçə gölünə türklər üçün müqəddəs olan başqa bir göldən - Baykaldan gətirilib və bir çox erməni alimləri, o cümlədən Zoologiya və Hidroekologiya mərkəzinin rəhbəri Boris Qabrielyan yenidən Baykaldan balığın kürülərini gətirərək artırmağı təklif edir.

Amma Ermənistan hakimiyyəti siqa kürüsü gətirmək istəmir və göldə forelin populyasiyasını artırmaq istəyir. İrəvan rejiminin planları da fantastikdir - 2023-cü ildə göldən 50 min ton forel tutmaq istəyir.

Ekoloqlar buna etiraz edir. Çünki onların fikrincə, bu, yalnız tərkibində azot və fosfor olan süni yemin kütləvi istifadəsi zamanı mümkündür. Bu isə gölün suyunun kəskin çirklənməsinə və Göyçə gölünün bataqlığa çevrilməsinə səbəb olacaq (ans-press).


Teqlər:  





Xəbər lenti