Sabirabadda yol kənarında uşaq meyiti tapılıb

Sabirabadda yol kənarında uşaq meyiti tapılıb
  28 Mart 2023    Oxunub:815
Sabirabadda 8 yaşlı uşağın meyiti tapılıb.
AzVision.az -ın məlumatına görə, hadisə rayonun Məmişlər kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2015-ci il təvəllüdlü Cəfərov Siyasət Əlisəfa oğlunun meyiti yol kənarında aşkar edilib. Azyaşlının naməlum avtomobil tərəfindən vurulduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti