Bu müəllimlərin maaşı sentyabrda 10-35 faiz artacaq

   Bu müəllimlərin maaşı sentyabrda 10-35 faiz artacaq
  27 Fevral 2023    Oxunub:1980
"Bu il 35 minə yaxın müəllimin sertifikasiyaya cəlb olunmasını planlaşdırırıq".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinq zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan bölgələrini əhatə etməklə bütün ibtidai sinif, o cümlədən Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırılması planlaşdırılır.

"Bu müəllimlərin əmək haqqısının artımı deməkdir. Sentyabrın ayından etibarən göstərdikləri nəticələrə uyğun 10-35 faiz artım olacaq".

Nazir bildirib ki, 2024-2025-ci ildə müəllimlərin sertifikasiyası imtahanla bitəcək. Yalnız 2026-ci ildə birinci mərhələdə sertifikasiyada uğur qazana bilməyən müəllimlərin iştirakına imkan yaradılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumtəhsil və dövlət peşə təhsil müəssisələrində çalışan təhsil işçilərinin aylıq vəzifə maaşları fevralın 1-dən etibarən orta hesabla 10 faiz artırılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti