200 kilo olduğu üçün zəlzələdə evindən çıxa bilmədi - FOTO
O, yeriyə bilmədiyini, tualetə getməkdə çətinlik çəkdiyini bildirib.
"Bura gəldim, tualet üçün evimdə qalırdım, ölsəm belə tualetim var idi. İndi isə çölə çıxıb təbii ehtiyaclarımı ödəyə bilmirəm. Zəlzələdən öncə ayağa qalxırdım, çətinliklə də olsa gəzirdim. İndi ümumiyyətlə, yerimirəm. Uşaqlarım, həyat yoldaşım məni aparıb gətirirlər".
Atahan arıqlamaq üçün əməliyyat etmək qərarına gəldiyini, lakin həkimlərin anesteziyanı riskli gördüyü üçün bunun baş vermədiyini bildirib.
Həyatını asanlaşdırmaq üçün kömək istəyən Atahan "Belimdən aşağı halım bəlli, ayağım şişib, yeriyə bilmirəm. Böyüklərimə səslənirəm, bizə kömək etsinlər. Qorxumdan yemək də yemirəm. Hər yerdə tualet var, amma içəri girə bilmirəm, duş qəbul edə bilmirəm. Mən özümə şəxsi tualet istəyirəm”.
Şahanə Rəhimli
AzVision.az