"Gürcüstan prezidenti şübhəsiz ki, bu gün Kiyevdə olmalı idi və mən buna hazır olduğumu vaxtında bildirdim. Təəssüf ki, dəvət almadım. Amma parlament dəvətə baxmayaraq, rəsmi nümayəndə heyətinin göndərilməsini lazım bilməyib”,- Zurabişvili cümə günü Ukraynada hərbi əməliyyatın başlanmasının ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.
Kiyev və Tbilisi arasında münasibətlərdə gərginlik Qaribaşvilinin ötən il fevralın 25-də Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmadığını bəyan etməsindən sonra yaranıb və bunu milli maraqlarla izah edib.
Şahanə Rəhimli
AzVision.az