Tipik erməni toyu: Havaya atəş açdı, maşınla 90 yaşlı qadını vurdu

    Tipik erməni toyu:    Havaya atəş açdı, maşınla 90 yaşlı qadını vurdu
  24 Fevral 2023    Oxunub:949
İrəvanda keçirilən toy zamanı silahlı insident yaşanıb. AzVision.az xəbər verir ki, bu barədə kriminal sayt "Shamshiyan" məlumat yayıb.
Bildirilir ki, ziyafətə qatılan qonaqlardan biri dava salıb. O, havaya atəş açıb və bundan sonra maşınla iki qadını vurub.

"Hadisə fevralın 23-də gecə yarısı Kiyevyan küçəsində baş verib. Polisə 25 yaşlı Kristina S. və 90 yaşlı Çovinar Ş.-nin Kiyevyan küçəsində avtomillə vurulmasından sonra xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Polis avtomobillə qadınların üstündən keçdikdən sonra qaçan şəxsin 27 yaşlı Karen M. olduğunu müəyyənləşdirib", - sayt yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İrəvan   Toy  





Xəbər lenti