Ermənistandan 303 min siqareti üzüm adıyla Rusiyaya keçirmək istədilər
![Ermənistandan 303 min siqareti üzüm adıyla Rusiyaya keçirmək istədilər Ermənistandan 303 min siqareti üzüm adıyla Rusiyaya keçirmək istədilər](https://azvision.az/photos/2023/02/gfhfghfghfghfghgf-1677223518.jpg)
Bildirilir ki, “Baqrataşen” gömrük məntəqəsində yük avtomobilinə baxış zamanı üzüm kimi qeydiyyata alınmış və qadağan olunmuş malların daşınması üçün xüsusi qaydada hazırlanan yeşiklər aşkar edilib.
"Faktiki olaraq yükün böyük hissəsinin ümumilikdə 303 min 460 qutu qaçaq siqaretdən ibarət olduğu üzə çıxıb. Onların üzərində saxta aksiz markaları da aşkar edilib. Siqaretlərin bir qismi isə aksiz markasız olub. Komitənin əməliyyat-axtarış şöbəsində əlavə araşdırmaların aparılması üçün materiallar hazırlanır", - məlumatda deyilir.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan Qaçaqmal Rusiya