Erməni əsgərlərdən tapılan əşyalar: Konyak, təsbeh, səsgücləndirici

   Erməni əsgərlərdən tapılan əşyalar:    Konyak, təsbeh, səsgücləndirici
  24 Fevral 2023    Oxunub:1401
Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi hərbi qulluqçularda yasaq olunmuş əşyalar aşkarlayıb. AzVision.az xəbər verir ki, qurumun bununla bağlı yaydığı müraciətində hərbçilərə qadağan olunmuş əşyalar, xüsusən də smartfonlar daşımaqdan çəkinməyə çağırış edilib.
"Daimi xatırlatmalara baxmayaraq, hərbi hissələrdə gündəlik fəaliyyətlərini yerinə yetirən əməkdaşlarımız smartfon və digər qadağan olunmuş əşyalar aşkar edirlər. Müdafiə Nazirliyi bəyan edir ki, hərbi qulluqçulardan tapılan smartfonlar yalnız onların xidmət müddəti başa çatdıqdan sonra əsgərlərə qaytarılacaq", - məlumatda deyilir.

Müraciətdə o da vurğulanıb ki, hərbi polis əmrləri pozaraq smartfonlardan istifadə etməklə gündəlik hərbi xidmətdən olan fotoları internetə yükləyən çağırışçı və müqaviləli hərbçilər də aşkar edib. Bu əsgərlər intizam məsuliyyətinə cəlb olunublar.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Hərbi-Polis  





Xəbər lenti