Özünü nəvələrinin yolunda qurban verdi

   Özünü nəvələrinin yolunda qurban verdi
  24 Fevral 2023    Oxunub:1080
Hatayın Hassa rayonunda baş verən zəlzələ zamanı öz evindən salamat çıxan 81 yaşlı Fatma Araz nəvələrini və uşaqlarını xilas etmək üçün girdiyi evdə dağıntılar altında qalıb. Bütün ailə sağ qalsa da, yaşlı qadın dağıntılar altında ölüb.
F. Araz fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələ zamanı ailəsini xəbərdar etmək üçün nəvə və uşaqlarının yaşadığı evə gedib. Ailəsi onun sayəsində vaxtında evdən çıxaraq canını qurtarıb. Qadın isə mənzildən çıxmaq istəyərkən üstünə sütun düşməsi nəticəsində dünyasını dəyişib. Onun öz evi isə zəlzələdə dağılmayıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti