Ukrayna müharibəsi hərbi texnika sifarişlərinin sayını artırıb

   Ukrayna müharibəsi hərbi texnika sifarişlərinin sayını artırıb
  24 Fevral 2023    Oxunub:677
Dünyanın ən böyük hərbi texnika istehsalçılarından biri - Britaniyanın "BAE Systems" şirkəti Ukraynada xüsusi hərbi əməliyyata başlayandan sonra 2022-ci ildə rekord sayda sifariş alıb.
AzVision.az xəbər verir ki, bu barədə “The Defence Post” məlumat yayıb.

Nəşrin məlumatına görə, şirkətin 2022-ci il üçün ümumi sifarişləri 44,7 milyard dollar təşkil edib.

BAE-nin baş direktoru Çarlz Vudbern bildirib ki, bu vəziyyət şirkətə “uzunmüddətli artımı təmin etmək və səhmdarların gəlirlərini artırarkən yeni texnologiyalara, qurğulara və minlərlə yüksək ixtisaslı işlərə investisiya qoymağa davam etmək üçün inam verir”.

“Birgə işlıdiyimiz ölkələrin əksəriyyəti ya artımlar elan edib, ya da artan təhlükəni aradan qaldırmaq üçün xərcləri artırmağı planlaşdırır”, – nəşr şirkətin hesabatından sitat gətirir.

O da qeyd olunur ki, il ərzində London birjasında BAE səhmləri təxminən 50% bahalaşıb.

BAE Systems "Typhoon", "Tornado", "Hawk" döyüş təyyarələri, "Challenger 2" tankları, CV90, "Warrior", "Bradley" piyada döyüş maşınları, M777 haubitsaları, raketlər, sualtı qayıqlar, suüstü gəmilər və təyyarə gəmiləri istehsal edir.

Şirkət həmçinin Qazaxıstanın “Air Astana” aviaşirkətinin 49% payına malikdir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti