Mərmərə dənizində zəlzələ olub

   Mərmərə dənizində zəlzələ olub
  24 Fevral 2023    Oxunub:1267
Mərmərə dənizinin Tekirdağ sahillərində 3,4 bal gücündə zəlzələ baş verib. Bu barədə AFAD məlumat yayıb.
Saat 05:08-də baş verən zəlzələnin dərinliyi 7,01 km olub.

Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 43 556 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti