G7 ölkələri Ukraynaya iqtisadi yardımı 39 milyard dollara çatdırır

   G7 ölkələri Ukraynaya iqtisadi yardımı 39 milyard dollara çatdırır
  23 Fevral 2023    Oxunub:919
G7 ölkələri Ukraynaya 2023-cü il üçün iqtisadi dəstəyi 39 milyard dollara çatdırıb və Beynəlxalq Valyuta Fondundan martın sonunadək proqramı qəbul etməyə çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin qeyd edib ki, bu qərar blokun maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Ukraynada xüsusi hərbi əməliyyatın ildönümü ərəfəsində keçirilən görüşündən sonra qəbul edilib.

“2023-cü il üçün, Ukrayna hökumətinin ehtiyaclarına əsaslanaraq, biz büdcə və iqtisadi dəstək öhdəliklərimizi 39 milyard dollara qədər artırdıq”, - bəyanatda deyilir.

Yaponiyanın maliyyə naziri Şunichi Suzuki jurnalistlərə bildirib ki, G7 növbəti addımlar barədə qərar qəbul etməzdən əvvəl Rusiyaya qarşı mövcud sanksiyaların effektivliyini qiymətləndirməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti