İranlı nazirin helikopteri qəzaya uğradı: Müşavir ölüb

   İranlı nazirin helikopteri qəzaya uğradı:  Müşavir ölüb
  23 Fevral 2023    Oxunub:1095
İranın idman və gənclər naziri Seyid Həmid Səccadinin olduğu helikopter ölkənin cənubundakı Bapt şəhərində eniş edərkən qəzaya uğrayıb.
Bu barədə İRNA agentliyi şahidlərə istinadən xəbər verir. Onların sözlərinə görə, helikopter eniş zamanı idarəetməni itirib.

Nazirin vəziyyətinin sabit olduğu bildirilir. O və digər sərnişinlər yüngül xəsarətlə xəstəxanaya aparılıb.

***
İranın idman və gənclər naziri Seyid Həmid Səccadinin müşaviri qəza nəticəsində ölüb. Bu barədə İRNA agentliyi məlumat yayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti