Stoltenberq: "Ukraynaya sursat tədarükü dayanıqlı deyil"

    Stoltenberq:    "Ukraynaya sursat tədarükü dayanıqlı deyil"
  23 Fevral 2023    Oxunub:743
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Alyansa üzv olan ölkələr Ukraynaya artilleriya sursatlarının tədarükünün sabitliyini hələ də təmin edə bilməyiblər.
Bu barədə "Sky News" məlumat yayıb. Onun sözlərinə görə, yalnız müdafiə sənayesi ilə qarşılıqlı əlaqə vasitəsilə Ukraynanın dəstəyini saxlamaq olar, bu, müttəfiqlərin uzunmüddətli müqavilələr bağladığını başa düşməyə imkan verir.

Baş katib bildirib ki, hazırda Qərb tərəfindən Ukraynaya sursat tədarükü dayanıqlı deyil, çünki onların istehlakı xeyli çoxdur. O əlavə edib ki, Ukrayna münaqişəsi logistik döyüşə çevrilir.

Stoltenberq onu da vurğulayıb ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı Ukraynanı “nə qədər lazımdırsa” dəstəkləməyə davam edəcək, çünki Rusiya prezidenti Vladimir Putinin Ukraynanı məğlub etməsinə imkan vermək olmaz.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti