Məsələni şərh edən Elxan Şahinoğlu deyib ki, əslində Çin Rusiyaya hərbi texnika satmağa hazırlaşmır, sadəcə çinli rəsmilər Qərbin Çinə nəyisə qadağan etməsini doğru saymırlar.
![](https://azvision.az/photos/2023/02/hfghfghfg-1659608569-1677150675.jpg)
- Kreml Çindən arxayındır. Buna baxmayaraq, Pekin Moskvanı anlatmağa çalışır ki, Ukraynada müharibənin davamı Pekinə Qərblə münasibətlərdə əlavə problemlər yaradıb, bu Çin iqtisadiyyatına və ticarət əlaqələrinə mənfi təsir edib. Pekin Rusiyanın Ukraynadakı işğalçı müharibəsinə görə Qərbin sanksiyaları ilə üzləşmək istəmir. “Bloomberg” agentliyinin məlumatına görə, hətta Çin lideri Si Tsinpinin müharibənin dayandırılmasıyla bağlı təklifləri var.
Pekinin sülh təklifləri reallaşmayacaq. Çünki bu təkliflərin içərisində Ukraynaya silah və hərbi texnikanın verilməsinin dayandırılması bəndi də var. Bunun reallaşması mümkün deyil. Kremlin özü də Pekinin təkliflərinə maraq göstərmir. Moskvanın Çindən əsas istəyi iki ölkənin birgə səyləri ilə Amerikanın hegemonluğuna son qoyaraq çoxqütblü dünya formalaşdırmaqdır. Pekin çoxqütblü dünyanın formalaşdırılmasının tərəfdarıdır, ancaq Kreml kimi Qərblə açıq qarşıdurmanın əleyhinədir.
Tural Tağıyev
AzVision.az