Almaniyada illik inflyasiya sürətlənib

   Almaniyada illik inflyasiya sürətlənib
  23 Fevral 2023    Oxunub:994
Almaniyada illik inflyasiya 2023-cü ilin yanvarında 8,7%-ə yüksəlib.
Bunu ölkənin Federal Statistika Bürosunun ( Destatis ) məlumatları sübut edir. Dekabr ayı ilə müqayisədə yanvarda Almaniyada istehlak qiymətləri, ilkin hesablamalara görə, 1% artıb. Analitiklər 0,8% artım gözləyirdilər. Dekabrda isə əksinə, 0,8% deflyasiya qeydə alınmışdı.

Büro qeyd edib ki, Almaniyada istehlak qiymətləri Aİ standartlarına uyğun olaraq illik ifadədə 9,2% artıb. Yanvarda qiymətlər 0,5% artıb ki, bu da ilkin proqnozlara uyğundur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti