Türkiyədəki tələbələrimiz yerli universitetlərə köçürüləcəkmi?
"Bununla bağlı məsələ Ukraynada müharibə başlayanda da qaldırılmışdı. Amma qeyd edim ki, köçürülmə subyektiv rəy əsasında, kiminsə fikri ilə aparılmır və tənzimlənmir. İlkin olaraq, tələbə müraciət edir və meyarları uyğun gəlirsə, belə tələbələri köçürürük. Prosedur qaydası bu formada aparılır", - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar universitetlər distant təhsil keçib. Ali təhsil müəssisələrinin yay aylarına qədər açılması gözlənilmir.
AzVision.az
Teqlər: