Norveç Ukraynaya tank tədarük edəcək

   Norveç Ukraynaya tank tədarük edəcək
  25 Yanvar 2023    Oxunub:877
Norveç Ukraynaya tank tədarük edəcək.
Bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram deyib.

Lakin nazir ağır silahların sayı barədə məlumat verməyib.

“İndi tanklar çox populyarlaşıb. Hökumət Ukraynaya tankların bağışlanmasını dəstəkləyir. Norveç də bu işə qarışmalıdır”, - nazir bildirib.

O, həmçinin Ukrayna əsgərlərinə təlim keçəcəyini və ölkəyə maliyyə göndərəcəyini vəd edib.

Qeyd edək ki, ABŞ-da Ukraynaya 31 “Abrams” tankının tədarük ediləcəyini açıqlayıb.


Teqlər:





Xəbər lenti