Bayden çıxılmaz vəziyyətdə: İqtisadiyyat defoltla üz-üzə

  Bayden çıxılmaz vəziyyətdə:  İqtisadiyyat defoltla üz-üzə
  25 Yanvar 2023    Oxunub:1369
ABŞ prezidenti Cozef Baydenin administrasiyası böhranın qarşısını almaq üçün birtərəfli addımlar atmağa məcbur ola bilər.
Bu barədə “Bloomberg” Demokrat Partiyasının sözçüsü Ro Hannanın bəyanatına istinadən xəbər verir. Onun sözlərinə görə, ABŞ borcla bağlı defolt elan etməyəcək, lakin birtərəfli tədbirlər görməyə məcbur olacaq:

“Birinci variant, Konqres tərəfindən təsdiqlənmiş vəsaitlərin borc limitindən asılı olmayaraq ödənilməli olduğuna dair hüquqi arqumenti ehtiva edir. İkincisi, nominal dəyəri 1 trilyon dollar olan sikkənin zərb edilməsi imkanını nəzərdə tutur. Başqa bir ssenari xəzinə istiqrazları üzrə faiz dərəcələrinin artırılmasını nəzərdə tutur. Ancaq sonuncu variant çətin reallaşsın”.

O qeyd edib ki, faiz dərəcələrinin artırılması, mühasibat hiyləsi, ABŞ qiymətli kağızlarının nominal dəyərini süni şəkildə aşağı sala bilər, lakin uzunmüddətli etibarlılığa zərər verə bilər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti