Rusiya ordusunda cinayətlərin və fərarilərin sayı artıb

   Rusiya ordusunda cinayətlərin və fərarilərin sayı artıb
  25 Yanvar 2023    Oxunub:868
Rusiyada 2022-ci ildə hərbi xidmət əleyhinə cinayətlərlə bağlı 3047 fakt qeydə alınıb ki, bu da 2021-ci illə müqayisədə iki dəfə çoxdur.
Bu barədə “RBC” Rusiya Baş Prokurorluğuna istinadən məlumat yayıb. Prokurorluğun məlumatına görə, 2022-ci ildə Rusiya ordusunda hərbi xidmət əleyhinə 3047 cinayət qeydə alınıb. Bir il əvvəl bu rəqəm 1 514 təşkil edib.

Bundan başqa, ötən il daxili işlər orqanları əməkdaşları tərəfindən hərbi qulluqçular arasında tabeçilik münasibətləri olmadığı halda qanunla müəyyən edilmiş münasibətlərin nizamnamə qaydalarının pozulması ilə bağlı 444 (2021-ci ildə 442), habelə hərbi qulluqçuları təhqir etmə maddəsi ilə 81 cinayət 2021-ci ildə 49)qeydə alınıb.

Hərbi xidmətə qarşı ən ağır cinayətlər fərarilik, xidmət yerini icazəsiz tərk etmə, “dedovşina”dır. Hüquqşünas Maksim Qrebenyuk qeyd edib ki, cinayətlərin sayında artım əsasən “Əmri yerinə yetirməmək” və “Hərbi hissəni icazəsiz tərk etmə” maddələri ilə baş verib.

AzVision.az


Teqlər:





Xəbər lenti