"Kiyevə hərbi dəstəyə ancaq axmaqlar sevinə bilər" - Keçmiş deputat

   "Kiyevə hərbi dəstəyə ancaq axmaqlar sevinə bilər" -    Keçmiş deputat
  25 Yanvar 2023    Oxunub:1107
NATO Ukrayna Silahlı Qüvvələrini döyüş tankları ilə təhciz etməklə dünyanı qlobal münaqişəyə sövq edir.
AzVision.az xəbər verir ki, bunu fransalı siyasətçi, Avropa Parlamentinin keçmiş deputatı Florian Filippo deyib.

"Zelenskiyə "Leopard" və "Abrams" tanklarının çatdırılması tezliklə elan olunacaq. NATO-nun üçüncü dünya müharibəsi planı üzə çıxır, axmaqlar isə alqışlayır!" - o, Twitter hesabında yazıb.

Filippo hesab edir ki, Kiyevin hərbi dəstəyi xəbərinə ancaq axmaqlar sevinə bilər.

Xatırladırıq ki, eks-deputat dəfələrlə Ukrayna Silahlı Qüvvələrinə maliyyə yardımı və texnikanın verilməsini tənqid edib və bunun münaqişənin uzanmasına gətirib çıxardığını qeyd edib. Bunun fonunda Filippo Parisi Ukraynanın militarizasiyasını dayandırmağa çağırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti