İngiltərədə artan ölümlər araşdırılacaq

   İngiltərədə artan ölümlər araşdırılacaq
  25 Yanvar 2023    Oxunub:853
İngiltərədə həftədə 3 minə yaxın britaniyalı ölür və bunlar COVID-19-la əlaqəli deyil.
Böyük Britaniyada tibb işçilərinin tətilləri və sağlamlıq böhranı davam edir. Milli Statistika İdarəsinin məlumatına görə, İngiltərə və Uelsdə yanvarın ikinci həftəsində gözləniləndən 2,837 daha çox insan ölüb. Bu ölümlərin yalnız 5 faizi COVID-19 ilə əlaqələndirilib.

Ölümlərin bu qədər çox olduğu dövr ən son 2021-ci ilin fevral ayında olub ki, onun da 27 faizini COVID-19 ölümləri təşkil edib.

Kral Təcili Tibbi Yardım Kollecinin bildirdiyinə görə, həftədə 500-ə qədər insan vaxtında təcili müalicə almadıqları üçün dünyasını dəyişib. Məlumatda qeyd edilib ki, 54 532 nəfər xəstəxanaya yerləşdirildikdən sonra 12 saatdan çox təcili yardım otaqlarında gözləyib və xəstələrin yalnız 65 faizinə dörd saat ərzində yardım göstərilib.

Daily Mail-də çıxan xəbərə görə, ölümlərin həftədə 20 faizə yaxın artması millət vəkillərini hərəkət keçib. Onlar ölümlərlə araşdırma tələb ediblər.

AzVision.az

Teqlər:







Xəbər lenti