CNN: "Keçmiş vitse-prezidentin evində gizli sənədlər tapılıb"
Sənədlərin məzmunu barədə məlumat verilməyib. Lakin onların ABŞ-ın Federal Araşdırmalar Bürosuna verildiyi deyilir. Hazırda materialların qiymətləndirilməsi və onların Pensin evinə necə gedib çıxması araşdırılır.
CNN-in məlumatına görə, vitse-prezident “heç bir məxfi sənədə malik olmadığını dəfələrlə bəyan edib”.
Kanal həmçinin onu da qeyd edib ki, keçmiş vitse-prezidentin nümayəndələri gizli sənədlərin aşkarlanması barədə qısa müddət ərzində ABŞ Konqresinə məlumat vermək niyyətindədirlər.
Tural Tağıyev
AzVision.az
Teqlər: