BDU-da təhsil alan əcnəbi tələblərin sayı açıqlandı

BDU-da təhsil alan əcnəbi tələblərin sayı açıqlandı
  10 Yanvar 2023    Oxunub:1671
2022/2023-cü tədris ilində Bakı Dövlət Universitetinə 120 əcnəbi vətəndaş qəbul olub.
Universitetin mətbuat xidmətinin məlumatına görə, əcnəbi vətəndaşların qəbulu və ölkəmizdə təhsil alan əcnəbi tələbələrin məlumatlarının toplanması aidiyyəti elektron resurslar (portal.edu.az və atis.edu.az) vasitəsilə aparılır. Türkiyə, İran, Rusiya, Pakistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Banqladeş, Çad, Ukrayna, Gürcüstan, Çin, Nigeriya, Küveyt və digər ölkələrdən Bakı Dövlət Universitetində (BDU) təhsil almaq üçün çoxsaylı müraciətlər daxil olmaqdadır.

2022/2023-cü tədris ili üzrə bu günədək BDU-ya bakalavriaturaya 34, magistraturaya 28, doktoranturaya 7, hazırlıq qruplarına isə 51 nəfər olmaqla, ümumilikdə 120 nəfər əcnəbi vətəndaş qəbul olub. Bu da ötən illərə nisbətən böyük göstəricidir. BDU-da əcnəbi vətəndaşların qəbul prosesi davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti