Sarkisyan Gülə başsağlığı verdi

Sarkisyan Gülə başsağlığı verdi
  15 May 2014    Oxunub:1131
Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin Manisa şəhərində Soma bölgəsində baş verən mədən qəzası ilə əlaqədar Türkiyə prezidenti Abdullah Gülə başsağlığı verib.
AzVision.az-ın Ermənistan prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Sarkisyan ölənlərin yaxınları və ailələrinə səbr diləyib.

Ermənistan prezidenti həmçinin hadisə nəticəsində xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, mayın-13-də Türkiyənin Soma bölgəsində mədəndə partlayış baş verib. İnsident növbə dəyişikliyi zamanı baş verib. Nəticədə yüzlərlə insan yerin altında qalıb. Son məlumatlara əsasən, hadisə nəticəsində 274 nəfər ölüb, xeyli insan yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti