“Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” hazırlandı

   “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” hazırlandı
  08 Dekabr 2022    Oxunub:1632
“Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” hazırlanıb.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsi əməkdaşlarının bir neçə illik zəhmətinin bəhrəsi olan dialektoloji atlasın elmi, ictimai-siyasi əhəmiyyətə malik olduğunu deyib.

O, “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağda xalqımıza qazandırdığı tarixi zəfərə humanitar sahənin alimlərinin, Azərbaycan dialektoloqlarının elmi dəstəyinin bariz bir nümunəsi, böyük töhfəsi olduğunu bildirib.

AMEA rəhbəri qeyd edib ki, atlasda Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan diyarı, Oğuz yurdu, Türk torpağı olduğu dil hadisələri əsasında dəqiq şəkildə isbat olunub.


AzVision.az


Teqlər: AMEA  





Xəbər lenti