Kolleclərdən tələbələrin xaric olunması qaydası hazırlanacaq

   Kolleclərdən tələbələrin xaric olunması qaydası hazırlanacaq
  05 Noyabr 2022    Oxunub:883
Orta ixtisas təhsil müəssisələrində təhsilalanların təhsilini müvəqqəti dayandırması qaydası hazırlanacaq.
AzVision.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını da müəyyən etmək dövlətin vəzifəsi sayılacaq. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti