ABŞ Putini ifşa etdi –Pentaqondan açıqlama
S. Uoren bildirib ki, Rusiya prezidenti Vladimir Putinin dediklərinin əksinə olaraq, Rusiya Ordusu Ukrayna sərhədlərindən geri çəkilməyib: “Biz Ukrayna sərhədi boyu Rusiya hərbi qüvvələrinin dislokasiyasında heç bir dəyişiklik görmürük”. “Pentaqon” nümayəndəsi Rusiyanı Ukraynadakı gərginliyin aradan qaldırılmasına dəstək olmağa çağırıb: “Birləşmiş Ştatlar dünya ictimaiyyəti ilə birlikdə böhranın sülh yolu ilə həll olunması yollarını araşdırır”.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin açıqlamasında bildirmişdi ki, Rusiya Ordusu Ukrayna sərhədlərindən uzaqlaşdırılıb və təlimlər yerlərinə dislokasiya olunub.
Urayna sərhədçiləri isə Rusiya hərbi kontingentinin sərhəd ərazidə olduğunu təsdiqləyən sənədlər açıqlayıblar. NATO isə bildirib ki, Ukrayna sərhədində olan Rusiya hərbi qüvvələrində heç bir azalma müşahidə olunmur.
Səbinə