Məhkəmə baş naziri işdən çıxardı
Çinavatın vəzifəsindən azad olunmasına səbəb onun vəzifəsindən sui istifadə edərək 2011-ci ildə Milli Təhlükəsizlik Şurasının katibi Txavin Pliensirini vəzifəsindən uzaqlaşdırmasıdır.
Məhkəmə iddiaçıların fikri ilə razılışıb. Belə ki, bir qrup senatorun fikrincə, Pliensirinin işdən azad olunmasından Çinavat öz məqsədləri üçün istifadə edib. O, bundan sonra öz qohumunu Bankokun polis idarəsinə rəhbər təyin edib. Məhkəmə Çinavatın hərəkətinin ölkə Konstitusiyasına zidd olduğunu bildirib.
Ekspertlərin fikrincə, məhkəmənin bu qərarı ölkədə siyasi gərginliyin yenidən artması ilə nəticələnə bilər.
Eldar Tanrıverdiyev
AzVision.az