ABŞ dünya üzrə hərbçilərinin sayını artırır
AzVision.az-ın məlumatına görə, bu barədə ABŞ müdafiə naziri Çak Heyqel bildirib.
“Bu gün dünyanın 100 ölkəsində Amerika hərbçiləri var. Bu isə dünya üzrə 400 min əsgər deməkdir. Biz tərəfdaşlarımızın imkanlarını gücləndirməli, yeni alyanslar yaratmalı, birgə təhlükəsizliyin təmin olunması ilə bağlı sazişlərə sərmayə yatırmalıdır” – deyə, Heygel beynəlxalq münasibətlər üzrə Çikaqo şurasında çıxışı zamanı bildirir.
Onun sözlərinə görə, hazırda fokus Asiya-Sakit okean regionuna tərəf yönəlir. Nazir Filippin, Avstraliya, Sinqapur, Yaponiya və Cənubi Koreyada Amerika hərbçilərinin olmasını xatırlayıb.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: