Sabahın hava proqnozu

Sabahın hava proqnozu
  06 May 2014    Oxunub:889
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturunun gecə 11-16, günün birinci yarısında 25 dərəcəyədək isti, günün ikinci yarısında 15-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 13-17, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti