Pan Gi Mun Ukraynada vasitəçilik etməyə hazırdır

Pan Gi Mun Ukraynada vasitəçilik etməyə hazırdır
  06 May 2014    Oxunub:1454
BMT-nin baş katibi Pan Gi Mun Ukrayna böhranının həllində vasitəçilik etməyə hazır olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Pan Gi Mun müvafiq bəyanatla bu gün, Əbu Dabidə səfərdə olarkən çıxış edib.

“Mən bu məsələni Ukrayna, Rusiya, Avropa İttifaqı və ABŞ liderləri ilə müzakirə etmişəm. Onlar hamısı bu vasitəçilikdə maraqlıdırlar. Bütün tərəfləri böhranı sülh yolu ilə nizamlamağa çağırıram. Ehtiyac duyulduqda şəxsən özüm də bu prosesdə iştirak etməyə hazıram”, deyə Pan Gi Mun qeyd edib.


Teqlər:  





Xəbər lenti