Ukrayna sərhədlərini bağladı
Bu barədə AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verib.
“Xarici İşlər Nazirliyinə Ukraynada olan xarici dövlətlərin diplomatik missiyalarına, həmçinin Ukraynanın diplomatik missiya və konsullarına ölkənin nəzarət-keçid məntəqələrinin müvəqqəti bağlanması haqqında məlumatların çatdırılması ilə bağlı tapşırıqlar verilib”, -deyə Nazirlər Kabinetinin məlumatında bildirilir.
Qeyd edək ki, daha əvvəl Ukraynada hakimiyyətin dəyişməsi və Krımın Rusiyaya birləşdirilməsindən sonra rus kişilərin ölkəyə girişini məhdudlaşdırıb.
Son günlər Ukrayna hərbçiləri federallaşma tərəfdarlarının yatırılması ilə bağlı ölkənin cənub-şərqində genişmiqyaslı əməliyyatlar keçirir.
Eldar Tanrıverdiyev
AzVision.az