NATO genişmiqyaslı təlimlərə başladı
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, 5-23 may tarixlərində Estoniyada keçirilən “Yaz Fırtınası” adlı beynəlxalq hərbi təlimlərdə təxminən 6 min hərbçisi iştirak edir.
Qeyd edək ki, bu ilki “Yaz fırtınası”nda NATO-nun rekord sayda hərbçisi iştirak edir.
Qeyd edək ki, may ayının ikisində təşkilatın Baş katibi Aleksandr Verşbou bəyan edib ki, NATO Rusiyaya tərəfdaş kimi deyil, rəqib kimi baxmalıdır.
Onun sözlərinə görə, Rusiya ilə 20 illik tərəfdaşlıq yaratmaq cəhdlərinə baxmayaraq Moskva NATO-nu rəqib olaraq adlandırır.
ABŞ-ın Rusiyadakı səfiri Verşbou həmçinin əlavə edib ki, Moskva tərəfindən Krımın işğal edilməsi və onun Ukraynanın şərqindəki separatçı çıxışlara dəstək verməsi Rusiya ilə NATO arasında münasibətləri dəyişib.
Eldar Tanrıverdiyev
AzVision.az