"Xankəndiyə gedə bilmir, amma "xilas"dan danışır" - İsraelyan

   "Xankəndiyə gedə bilmir, amma "xilas"dan danışır" -    İsraelyan
  28 Sentyabr 2022    Oxunub:885
Xəbər verdiyimiz kimi Ermənistanın ikici prezidenti, hərbi cani Robert Koçaryan mətbuat konfransı keçirərək bir sıra diqqət çəkən fikirlər səsləndirib. Onun Azərbaycanın işğaldan azad etdiyi əzəli torpaqları ilə bağlı sayıqlamaları erməni cəmiyyətində də birmənalı qarşılanmayıb.
Məsələn, tanınmış erməni jurnalist Mkrtıç İsraelyan eks-prezidenti tənqid edərək deyib ki, Qarabağ məsələsini həll etmək istəyəyn gedib Xankəndində oturar. Əlbəttə əgər bacararsa...

"Xankəndidəkilərin Bakıdan asılılığı artıb" - Hərbi cani
“Qarabağın "xilasının" açarı oradakı ermənilərin əlindədir. Bunu Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryan dedi. Ya Xankəndinə gedin, açarı götürün, ya da oradakı ermənilərə açarla açılan qapını tapmağa kömək edin.

2020-ci ildən sonra Qarabağa neçə dəfə səfər etmisiniz və ya heç getmisinizmi? Qarabağın "xilaskarı", xüsusən də Qarabağdan olan bir şəxs indi bu bölgəni tərk etməməli idi. O, Xankəndinin özündə "Artsax"la(Qondarma rejimə qoyulan ad-red.) bağlı mətbuat konfransları keçirməli idi”, - araşdırmaçı jurnalist yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Xankəndi   Qarabağ   Koçaryan  





Xəbər lenti