Suriya böhranında Türkiyə izi

Suriya böhranında Türkiyə izi
  05 May 2014    Oxunub:917
Türkiyənin Milli Statistika Mərkəzi etiraf edib ki, ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (AKP) 2013-cü ildə Suriyadakı yaraqlılara 53 min dollar həcmində silah-sursat ötürüb.

AzVision.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, təkcə bu ilin ilk üç ayı ərzində Türkiyədən Suriya yaraqlılarına 115 min dollar həcmində silah sursat ötürülüb.

Məlumatda həmçinin bildirilib ki, hərbi sursatlar terrorçuların nəzarət etdiyi nəzarət-keçid məntəqəsi vasitəsilə Suriyaya keçirilib. Bütün bunlar isə Suriyadakı böhran da Türkiyənin əli olduğunu göstərir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti