`Vahid ölkə naminə hər şeyə hazırıq`
Yatsenyuk Ukraynanın cənub şərqinə nəzarətin tam itirilmədiyini bildirib:
“Rusiyanın rəhbərlik etdiyi etirazçıların nəzarətində olan bəzi nöqtələr var. Ancaq antiterror əməliyyatı davam edir və çox şey yerli əhalidən asılı olacaq – yəni onların sülhü və sabitliyi və ya Rusiyanın sponsorluq etdiyi şəxsləri dəstəkləməsindən”.
“Biz ölkədəki, rusca sərbəst danışa bilən hər bir kəsə aydın mesaj göndəririk; konstitusiyanı dəyişməyə yazırıq; yerli hökumətlərə səlahiyyət verməyə hazırıq; vahid ölkə naminə hər şeyə hazırıq. Ancaq bu yolla qulaq asmaq istəyənlə danışmaq olar – əlində AK-74 tutanlar heç bir dialoqda maraqlı deyil”, - deyə Yatsenyuk sözlərinə əlavə edib.