Krıma buraxılmayan Krımoğlu Ərdoğandan kömək istədi
Krımoğlu qeyd edib ki, Ərdoğan tez bir zamanda bu məsələni Rusiya prezidenti Valdimir Putinlə müzakirə edəcək və onun həllinə nail olacaq: “Ərdoğanın bu sözlərindən sonra Kiyevə qayıtdım. Məslənin həllini gözləyirəm".
Qeyd edək ki, Ukrayna Nazirlər Kabineti Rusiyanın Krım Tatarlarına qarşı həyata keçirdiyi bütün qadağaların ləğv edilməsini istəyir.
Ukrayna Nazirlər Kabineti Rusiyanın Krım Tatarlarına qarşı tətbiq olunan qadağaların ləğvi ilə bağlı bir bəyanat hazırlayıb.
Bəyanatda deyilir: "Ukrayna hökuməti Krım Tatarlarının lideri Mustafa Abdülcəmil Krımoğlunun Krıma girişini qadağan edən işğalçı rəhbərliyin hərəkətlərini qəzəblə qarşılayır. İllərdir Krım Tatar xalqının haqq və azadlığı üçün mübarizə edən adama Vətəninə girişi qadağan edən Rusiya yenidən beynəlxalq normalara qarşı çıxıb." (Anspress)