14 yaşlı qızın hamilə qalmasına görə araşdırma başladıldı

   14 yaşlı qızın hamilə qalmasına görə araşdırma başladıldı
  05 Avqust 2022    Oxunub:1756
Bərdənin Nəcəfqulubəyli kəndində 14 yaşlı qız hamilə qalıb. AzVision.az xəbər verir ki, hamilləlik oğlan tərəfinin israrı ilə qeyri-ənənəvi üsulla qızın bətnində məhv edilib.
Abort zamanı qızın 3 aylıq hamilə olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı “Qafqazinfo”ya bildirib ki, faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb:

“Müvafiq ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

AzVision.az



Teqlər: Bərdə   Hamilə  





Xəbər lenti