Qələbə sevinc gətirməlidir, faciə yox!

// Körpələri “şeytanın silahları”ndan birlikdə qoruyaq

   Qələbə sevinc gətirməlidir, faciə yox!
  04 İyul 2022    Oxunub:1505
Biz torpaqlarımızı orada yaşamaq, xoşbəxt olmaq, üstündə uşaqları sağlam böyütmək üçün azad etmişik. Azad edilmiş torpaqlarımızdan bizə kədər və faciə gəlməməlidir. Amma bu risk var və onu hamımız aydın dərk etməliyik.
Torpaqlarımız işğalda olanda uşaqlarımız düşmənlərin hədəfində idi. Düşmən oyuncaqların içinə partladıcı qoyub, çayla axıtmağa qədər hər cür vicdansızlığa əl atırdı. İşğal dövründə xeyli uşaq erməni vəhşiliyinin qurbanı olub. İndi işğal bitib, fəqət təəssüf ki, uşaqlarımız hələ də hədəfdədirlər. Çünki işğalın fəsadları – minalar, partlamamış sursatlar torpaqlarımızda qalmaqda davam edir.

Biz torpağı bir müharibə düşməndən azad etmişik indi ikinci müharibə ilə düşmənin namərdliyinin qalıqlarından xilas etməliyik. Birinci müharibədə silahlar yerin üstündə idi, ikincidə altındadır. Ona görə bu, daha çətin savaşdır. Birinci müharibə 44 gün çəkdi, ikincinin nə qədər çəkəcəyini demək olmur. Ona görə də, sayıqlığı heç vaxt itirməməliyik: biz hələ də gizli və səssiz müharibənin iştirakçılarıyıq.

Birinci müharibəni əsgərlər aparırdılar, ikinci müharibədə minaaxtaranlar döyüşürlər. Biz müharibə vaxtı qeydsiz-şərtsiz Əsgərimizin yanında idik. İndi də qeydsiz-şərtsiz minaaxtaranlarımızın yanında olmalıyıq. Balalarımızı İblisin silahlarından birlikdə qorumaq üçün!

AzVision.az



Teqlər: ANAMA   Mina  





Xəbər lenti