Göygöldə yol qəzasında 5 nəfər öldü

      Göygöldə yol qəzasında 5 nəfər öldü
  01 İyul 2022    Oxunub:2094
Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
AzVision.az -ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Yük avtomobili ilə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər dünyasını dəyişib. Hazırda onların şəxsiyyəti dəqiqiləşdirilir. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti