Meymunçiçəyi xəstəliyinə yoluxma necə müəyyən ediləcək?
Protokolda qeyd olunub ki, xəstəliyin olmasına şübhəli şəxslərə test edilməlidir.
Virusların təcrid edilməsi rutin diaqnostik prosedur kimi tövsiyə edilmir və yalnız müvafiq təcrübəsi və qoruyucu vasitələri olan laboratoriyalarda aparılmalıdır. Bu üsullar müntəzəm diaqnostikanın bir hissəsi kimi tövsiyə edilmədiyinə görə bu metodologiyaların xüsusi təfərrüatları bu sənəddə əks olunmur.
Seroloji üsullara gəlincə, ortopoksviruslar seroloji olaraq çarpaz reaksiyalara səbəb olduğundan, antigen və anticisimlərin aşkarlanması üsulları meymunçiçəyi xəstəliyinin spesifik təsdiqini təmin etmir. Bundan əlavə, təbii çicəyə qarşı peyvənd almış insanlarda yalnışmüsbət nəticələr rast gələ bilər.
Stasionar müalicəyə daxil olmuş xəstələrə qanın və sidiyin ümumi analizi ilə yanaşı göstərişlərə əsasən qanda elektrolitlərin təyini, qaraciyərin funksional sınaqları, sidik çövhəri, koaquloqram və venoz qanda laktat miqdarı təyin olunmalıdır. Təcrid olunmuş xəstə ağır vəziyyətdədirsə və onda dəri yaralarının bakterial infeksiyasının qoşulması güman edilirsə, antibakterial müalicədən əvvəl qanın bakterioloji müayinəsinin aparılması tövsiyə olunur. Hərarətin yüksəlməsindən 3 həftə əvvəl malariyaya endemik regionda olmuş şəxslərdə malariya infeksiyasını inkar etmək üçün müvafiq müayinə aparılmalıdır.
Dəri səpkilərinə səbəb ola biləcək müxtəlif patoloji vəzittəylərin mümkünlüyü, meymunçiçəyi xəstəliyinin klinik təzahürünün atipik ola bilməsi ehtimalı onun yalnız klinik əlamətlər əsasında diqanostikasını çətin edə bilər. Buna görə yayılmış səpkilərin digər potensial səbəblərini nəzərə almaq xüsusilə vacibdir.
AzVision.az
Teqlər: