"Bu gün ölkədə meymunçiçəyinə şübhəli hal yoxdur" - Nazir

   "Bu gün ölkədə meymunçiçəyinə şübhəli hal yoxdur" -    Nazir
  01 İyul 2022    Oxunub:1553
Azərbaycanda bu günə meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb.
AzVision.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev “Tibb biznesində perspektiv imkanlar” mövzusunda keçirilən ictimai müzakirələrdən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, xəstəliyin hazırkı vəziyyətdə yalnız sıx təmas nəticəsində ötürülməsi qeydə alınır:

"Virusun özünəməxsus simptomları var. Əsas təsdiqedici yol laborator müayinələrdir. Bu gün ölkədə heç şübhəli hal da yoxdur. Odur ki, heç bir müayinə üsuluna ehtiyac olmayıb. Gətirilən testlər xüsusi təhlükəli infeksiya nəzarət mərkəzinə təhvil veriləcək. Bütün müayinələr də orada həyata keçiriləcək".

T.Musayev Azərbaycanın sərhəd keçid məntəqələrində meymunçiçəyi virusu ilə əlaqəli hər hansı spesifik tədbirlərin görülməsinin nəzərdə tutulmadığını qeyd edub.

"Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının verdiyi qərar və tövsiyələrə əsasən ölkədə epidemioloji nəzarət tədbirləri qurur. Azərbaycan da həmin qayda və tövsiyələrə tam riayət edir".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti