KTM: "Ötən ay 170 nəfər zəhərlənib, 9-u ölüb"

      KTM:    "Ötən ay 170 nəfər zəhərlənib, 9-u ölüb"
  01 İyul 2022    Oxunub:1064
İyun ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 844 nəfər müraciət edib. Mərkəzdən AzVision.az -a verilən məlumata görə, onlardan 170-i Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.
Qəbul olan xəstələrdən 89-u dərmandan, 29-u sirkə turşusundan, 8-i dəm qazından, 1-i göbələkdən, 5-i etil spirtindən, 6-sı isə kimyəvi məhluldan zəhərlənib. Digərlərindən 1-i anaflaksiya səbəbindən, 7-si allergik reaksiyadan, 2-si isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 21-ni ilan, 1-ni isə həşərat sancıb.

Zəhərlənən şəxslərin 69-u qadın, 92-si kişi, 9-u uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 170 nəfərdən 9-u (5-i kişi, 4-ü qadın) dünyasını dəyişib.

AzVision.az

Teqlər:







Xəbər lenti