“Ermənilər də azərbaycanlılar kimi qurbandırlar”

“Ermənilər də azərbaycanlılar kimi qurbandırlar”
  04 Aprel 2013    Oxunub:1187
“Mən gəncləri Vətənə xidmət etməməyə çağırmıram. Kitabları yandırmamaq, bir-birini əbədi düşmən kəsilməmək, bax, mühüm olan da budur”.
Ziyalılar Forumunun liderlərindən Rüstəm İbrahimbəyov “Rosbalt” saytına müsahibəsində sensasion fikirlər səsləndirib.

Azərbaycanlı yazıçı Sovet İttifaqının dağılmasından təəssüfləndiyini, Dağlıq Qarabağa münasibətdə ədalətsizlikdən gileyini və bu torpaların azərbaycanlılarla yanşı da ermənilrər məxsus olduğunu dilə gətirib. İbrahimbəyov azərbaycanlıları deyil, erməniləri “münaqişənin qurbanları” adlandırıb.

AzVision.az Rüstəm İbrahimbəyovun müsahibədə səsləndirdiyi maraqlı fikirləri oxuculara təqdim edir:

“Ədalət-hər zaman ona doğru can atdığımız bir məqsəddir. Ədalət hər zaman mövcud olub, var və olacaq.
Ədalət bütün digər mənəvi dəyərlərdən yüksəkdə durub, bütünlüklə insan taleyini müəyyən edir. Müharibə bu mənada həm ədalətin tapdalanması , həm də tapdalanmış ədalətin bərpası üçün aparılan mübarizə ola bilər.

Təəssüfki, Sovet İttifaqı qeyri-təbii və süni şəkildə dağıldı. Bu proses Respublikaların dinc ayrılmasından çox, səs-küylü bir partlayışı xatırlatdı. Axı bu böyük bir “informasiya partlayışı”nın nəticəsi idi. Buna bənzər bir hal 1986-cı ildə Çernobildə yaşanmışdı; yerli əhali od və su fəlakətindən xəbərdar olsa da, radiasiyanın nə olduğunu bilmirdi. İnsanları ordan zorla çıxarırdılar, çoxları hətta geri qayıdırdı”.

Biz də indi məhz belə bir vəziyyətdəyik, nə dərəcədə böyük bir fəlakətlə üz-üzə olduğumuzu anlamırıq. Ən əhəmiyyətsiz xırda münasibətlər pozulanda belə böyük problemlər yaranır. Siz indi təsəvvür edin ki, bu qədər mürəkkəb siyasi-iqtisadi, ideoloji və şəxsi münasibətlər, birdən-birə qopdu və bu tələsik parçalanma ziddiyətsiz ötüşə bilməzdi. Götürək elə, Azərbaycanla Ermənistanı. Nə qədərki, biz bir dövlətdə yaşayırdıq hər hansı ərazi iddiası belə yalnız istək xarakteri daşıyırdı.

Ermənilər hesab edirdi ki, Qarabağ onların torpağıdır, biz hesab edirik ki , bizim torpağımızdır. Bu müzakirələr, danışıqlar və elmi tədqiqatların mövzusudur.

Mənim fikrimcə münaqişənin hərbi yolla həlli hər iki ölkə əhalisinə və bütünlüklə insanlığa qarşı cinayətdir: “1914-cü il Sarayevoda açılan atəş, Birinci Dünya müharibəsinə gətirib çıxardısa, Qarabağ hadisələri də SSRİ-nin süqutuna böyük təkan verdi. Bu tip hadisələr zəif orqanizmdə baş qaldıran xərçəng xəstəliyinə bənzəyir. SSRİ respublikaların müəyyən edilmiş sərhədlər çərçivəsində sülh şəraitində yaşaması üçün zamin rolunu oynayırdı. Sovet hökumətinin dağılması acınacaqlı nəticələr verdi.

21-ci əsrdə istənilən problemin güc tətbiqi ilə həlli qəbuledilməzdir. İndi bütün dünya bu və ya digər dərəcədə Qarabağ münaqişəsinin həllinə cəlb edilir.
Uzun illərdir davam edən sülh prosesinin istənilən nəticəni verməməsi münaqişə tərəflərini gərginləşdirsə də, ictimai diplomatiyanın rolu istisna edilməməlidir.

Sadə insanlar arasında qarşılıqlı anlaşma çox vacibdir. Hər iki tərəfdən aparılan rəsmi təbliğat kampaniyası xalqları qarşı-qarşıya qoyur ki, bu ən dəhşətlisidir!

Zaman keçir, dövlətlər barışır, hökumətlər razılığa gəlir, ancaq xalqlar arasında inam və dostluq hissi çox gec bərpa olunur, bəzən on illərlə davam edir.

Mən əminəm ki, erməni xalqı bizə düşmən deyil, onlar da azərbaycanlılar kimi baş verən faciənin qurbanlarıdır. İnsanlar orduya çağırılır, onlar Vətən qarşısında borclarını ödəməlidirlər.
Mən onları Vətənə xidmət etməməyə çağırmıram. Vacib olan başqa məsələdir-kitabları yandırmamaq, bir-birini əbədi düşmən hesab etməmək.

Azərbaycan Dağlıq Qarabağı geri qaytarmaq istəyir. Lakin bu təkcə ərazi deyil, əksəriyyəti ermənilərdən ibarət olan əhalidir. Biz hesab edirik ki, Dağlıq qarabağda yaşayan və yaşamış bütün insanlar Azərbaycan vətəndaşlarıdır.

Deməli, onlar da Azərbaycanın digər hissəsində olduğu kimi bütün hüquqlara sahibdirlər. Onlara qarşı düşmənçilik hissinin formalaşdırılması ciddi səhvdir”.


Teqlər:  





Xəbər lenti