Polis serjantı özünü güllələdi
Polis şöbəsinin müvəqqəti saxlama təcridxanasında çalışan polis serjantı Zöhrab Cavadovun intihar etməsinin səbəbi hələlik məlum deyil. Zöhrab Cavadov subay olduğu və 6 ildir polis orqanlarında çalışdığı bildirilir.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Ağdaş rayon prokurorluğu tərəfindən araşdırma aparılır. /apa