"Rusiya mayın 9-na kimi “Azovstal”ı tutmağa çalışacaq"- Britaniya kəşfiyyatı |
"İnanılmaz dözüm, cəsarət və qəhrəmanlıqlar göstərən müdafiəçilərimiz işğal olunmuş mövqelərdə düşməni bundan sonra da geri otrutmağa davam edəcəklər. İşğalçılar bu gün “Azovstal”ı ələ keçirməyə cəhdlər ediblər. Mariupol merinin müşaviri Petr Andryuşşenko məlumat yayıb ki, mayın 13-ü səhər saatlarında işğalçılar zavodun ərazisinə soxulmağa çalışıblar. O, rus əsgərlərinin zavodun ətrafında necə gəzdiyini göstərən müvafiq fotonu da dərc edib. Andryuşşenko vəziyyətin günü-gündən daha da mürəkkəbləşdiyini qeyd edib", - məqalədə yazılıb.
Tural Tağıyev
AzVision.az