KTMT-nin hava hücumundan vahid müdafiə sistemi necə işləyəcək?

   KTMT-nin hava hücumundan vahid müdafiə sistemi necə işləyəcək?
  19 Aprel 2022    Oxunub:1160
Rusiya və Qırğızıstan hava hücumundan vahid müdafiə sisteminin yaradılması haqqında saziş imzalayacaq. Bu nə deməkdir? Belə müdafiə sisteminin yaradılmasına nə ehtiyac var? Məsələni AzVision.az üçün rusiyalı hərbi ekspert Aleksey Xlopotov şərh edib:
- Söhbət KTMT-yə üzv ölkələrin kollektiv hava hücumundan müdafiə sistemindən gedir. Belə bir sistem faktik olaraq Rusiyanın qərb sərhədlərində - Belarusla birlikdə yaradılıb və fəaliyyət göstərir. Həmin modelə əsasən, oxşar sistem Mərkəzi Asiyada da qurulacaq. Hava hücumundan müdafiə sisteminin əsas prinsiplərindən biri eşelonlaşdırmadır və bu eşelonlaşdırma nə qədər dərin olarsa, bir o qədər yaxşıdır.

Təbii ki, bundan mümkün hücumun əsas hədəfi kimi ilk növbədə Rusiya faydalanır. Amma kollektiv sistemə daxil olan digər ölkələrin də öz bonusları var. Diqqətlə baxsanız, onların xidmətdə olan hava hücumundan müdafiə sistemlərin əsasən köhnəldiyini və tam qorumanı təmin edə bilmədiyini görərsiniz. Eyni zamanda, Rusiya müxtəlif səviyyəli və təyinatlı hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin yaradılmasında liderdir: strateji müdafiədən tutmuş birbaşa taktiki sistemə qədər. Təbii ki, kollektiv müdafiə Rusiya elementləri üzərində və Rusiyanın hesabına qurulacaq. Beləcə, bu sazişə daxil olan region ölkələrinin də müdafiə potensialı artırılacaq.

- Bu hava hücumundan müdafiə sistemi praktikada necə işləyir?
- Çox güman ki, sistemə ixtisaslı rus mütəxəssisləri xidmət göstərəcək. Ev sahibinin rolu yaşayış üçün yerlər ayırmaq (başlanğıc üçün mövqelər, aerodromlar), rabitə, logistika və qismən dəstək məsələlərindən ibarətdir. Ermənistandan danışsaq, Rusiya hərbçilərinin fikrincə, o, Rusiyanın Cənubi Qafqazda müdafiə forpostu rolunu oynaya bilər. Onun ərazisindən Türkiyədən gələn təhlükələri dəf etmək rahatdır.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az



Teqlər: KTMT  





Xəbər lenti