Qardaşını baltalayan qadının işi məhkəməyə göndərildi

Qardaşını baltalayan qadının işi məhkəməyə göndərildi
  18 Aprel 2022    Oxunub:661
Astarada qardaşını öldürməyə cəhddə təqsirləndirilən qadının cinayət işi məhkəməyə göndərilib.
Bu barədə AzVision.az -a rayon prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, bu ilin 5 yanvar tarixində Astara rayonu Təngərüd kənd sakini, 1982-ci il təvəllüdlü İlkin Qənbərovun öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Aparılan istintaqla zərərçəkmişin bacısı, 1986-cı il təvəllüdlü Nadirə Qənbərovanın şəxsi münasibətlər zəminində əvvəllər aralarında olmuş mübahisə ilə əlaqədar qeyd edilən tarixdə səhər saatlarında, həmin vaxt yatmış vəziyyətdə olan İlkin Qənbərovun bədəninin müxtəlif nahiyələrinə balta ilə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Nadirə Qənbərova Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az



Teqlər: Bacı   Qardaş  





Xəbər lenti